30 may 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
FED.az xəbər verir ki, hərracda tələb 110,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Mərkəzi Bank qeyd edib ki, tələbin nisbətən yüksək olması cari həftənin çərşənbə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.