Hazırda heç də bütün Bank olmayan kredit təşkilatları lombard krediti verir. Qızıl qarşılığında kredit verən təşkilatlardan biri də FinexCreditdi. Adı çəkilən BOKT-dan verilən məlumata görə, 750 əyar qızılın qramına 51 manat, 585 əyar qızılın qramına isə 36 manat təklif edilir. Kredit maksimum 24 aya verilir. İllik effektiv faiz isə 20-21% təşkil edir. Kreditin həcmi 10 min manatdan çox olduqda kreditin müddətinə baxılır.
Digər bir BOKT Bond Credit isə 750 əyar qızılın qramına 37 manat, 585 əyar qızılın qramı üçün isə 30 manat təklif edir. Kreditin maksimum verilmə müddəti 24 aydır. İllik effektiv faizi isə 20-24 % təşkil edir.
Rarabokt müştərilərinin gətirdiyi hər 750 əyar qızılın qramına 41 manat,585 əyar qızılın qramına isə 31 manat təklif edir. Adı çəkilən BOKT manatla kreditin məbləğindən asılı olaraq 3-18 aya,dollarla krediti isə 3-36 aya kimi təklif edir. Lombard kreditinin illik faizi isə 28-30% arasında dəyişir.