Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 5-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.
FED.az xəbər verir ki, bunlar "Kapital Bank" (601,986 milyon manat), "Xalq Bank" (89,968 milyon manat), "Access Bank" (82,792 milyon manat), "Naxçıvan Bank" (69,03 milyon manat) və "Muğan Bank"dır (66,872 milyon manat).
Qalan 11 bankdan 5-nin Mərkəzi Bankdakı vəsaitləri 10 - 50 milyon manat arasında, 6 bankda isə 1- 10 milyon manat arasındadır.
Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.