Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün öhdəlikləri 1 milyard manatdan çoxdur.
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 040,258 milyon manat), "PAŞA Bank" (3 940,565 milyon manat), "Kapital Bank" (3 134,04 milyon manat) və "Xalq Bank"dır (1 668,252 milyon manat).
Eləcə də bax: "Rüsumsuz ticarət Azərbaycanda Rusiya məhsullarının cəlbedici edir"
Qalan 26 bankdan 5-nin öhdəlikləri 0,5 - 1 milyard manat arasında, 18 bankın öhdəlikləri 100 - 500 milyon manat arasında, 2 bankın öhdəlikləri 10 - 100 milyon manat arasında, 1 bankın - Pakistan Milli Bankının Bakı filialının öhdəlikləri isə cəmi 597 min manatdır.
Eləcə də bax: Azərbaycanda 21 bankın öhdəlikləri artıb - SİYAHI