Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün depozit portfeli 1 milyard manatdan çoxdur.
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 415,595 milyon manat), "PAŞA Bank" (3 623,739 milyon manat), "Kapital Bank" (2 674,82 milyon manat) və "Xalq Bank"dır (1 197,896 milyon manat).
Qalan 26 bankdan 2-nin depozit portfeli 0,5 - 1 milyard manat arasında, 17 bankın depozit portfeli 100 - 500 milyon manat arasında, 5 bankın depozit portfeli 10 - 100 milyon manat arasında, 2 bankın - Pakistan və İran Milli Banklarının Bakı filiallarının depozit portfeli isə 10 milyon manatdan da, müvafiq olaraq 8,686 milyon manat və 490 min manatdır.