“Kapital Bank” ASC-nin yeni ilin gəlişi münasibətilə müştəriləri üçün güzəştli kredit kampaniyası keçirir.
Bankdan verilən məlumata görə, aksiya çərçivəsində “Kapital Bank”dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 3% endirim, ödəmə müddətinə 2 ay güzəşt və pulsuz “BirKart” təqdim edilir. Həmçinin, 8 min manatadək olan kreditlər zaminsiz verilə bilər. Aksiya yanvarın 15-dək davam edəcək.