“Turan Bank” 2018-ci ilin 3-cü rübü üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az “Turan Bank”ın hesabatına əsasən xəbər verir ki, bankın 2018-ci ilin ilk 9 ayı üçün kredit portfeli 301 mln 508 min manat olub.
Bu məbləğin regionlar üzrə bölgüsünə gəldikdə ən böyük məbləğ Abşeron iqtisadi rayonuna verilib - 256 mln 540 min manat və kredit portfelində xüsusi çəkisi 85,1% təşkil edib.
Siyahıda sonrakı yeri tutan digər iqtisadi regionlar bunlardır:
- Gəncə-Qazax 27 mln 667 min manat, kredit portfelində xüsusi çəkisi 9,2%;
- Aran iqtisadi rayonu 7 mln 707 min manat və ya kredit portfelində xüsusi çəkisi 2,6%;
- Quba-Xaçmaz 3 mln 671 min manat və ya 1,2%;
- Lənkəran iqtisadi rayonu 2 mln 383 min manat və ya kredit portfelində xüsusi çəkisi 0,8%;
- Şəki-Zaqatala iqtisadi rayonu 1 mln 837 min manat kredit portfelində xüsusi çəkisi 0,6%;
- Yuxarı Qarabağ iqtisadi rayonu üçün 1 mln 119 min manat kredit verilib ki, bu da kredit portfelində xüsusi çəkisi 0,4%;
Digər iqtisadi rayonlarda isə verilən kredit məbləğinin 1 mln manatdan az olub. Belə ki,
- Şirvan iqtisadi rayonu üçün 444 min manat;
- Kəlbəcər-Laçın iqtisadi rayonu 135 min manat;
- Naxçıvan iqtisadi rayonu üçün 45 min manat olub.