Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 6,5 %-i qadın sahibkarların payına düşüb.
Azərbaycanda I yarımildə 103 milyon manata yaxın güzəştli kredit verilib
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə 225 qadın sahibkarın layihələrinə 6,7 milyon manat güzəştli kredit ayrılıb.
Bundan başqa, yanvar-iyun aylarında Fondun xətti ilə 82 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 3 milyon manat güzəştli kredit ayrılıb.
6 ay ərzində SİF sahibkarların 2 744 layihəsinə 102,7 milyon manat güzəştli kredit verib.