“BTB Leasing” ASC nizamnamə kapitalını 120 min manat və yaxud 5 dəfə artıraraq 150 min manata çatdıracaq.
FED.az xəbər verir ki, bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 1 manat olan 120 min ədəd yeni səhm buraxılacaq.
Qiymətli kağızları şirkətin 100% səhmdarı Rəsul Oqtay oğlu Bəşirov əldə edəcək.
Xatırladaq ki, “BTB Leasing” ötən ilin iyul ayında yaradılıb.