Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədəki banklar üçün “Partnership for Carbon Accounting Financials” (PCAF) və karbon uçotu üzrə Britaniya Standartlar İnstitutunun (BSI) proqramı çərçivəsində treninq təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Britaniyanın diplomatik nümayəndəliyindən məlumat verilib.
Qeyd olunub ki, təşəbbüs maliyyə sektorunda karbon emissiyalarının idarə edilməsi ilə bağlı məlumatlılığın artırılmasına və bu sahədə ən yaxşı beynəlxalq təcrübələrin tətbiqinə yönəlib.
Dörd gün davam edəcək tədbir karbon emissiyalarının uçotu strategiyasının hazırlanmasında bank sektorunun potensialının artırılmasına həsr olunub. Söhbət beynəlxalq standartlardan istifadə edilərək maliyyələşdirilən emissiyalardan gedir.
Maliyyələşdirilmiş emissiyalar - karbon izidir. O, borc və ya digər maliyyə alətləri hesabına maliyyələşdirmə ilə bağlıdır. (Report)