Böyük Britaniya növbəti 30 ildə Azərbaycana investisiya qoyuluşunu artırmağı və daha yüksək səviyyəyə çatdırmağı planlaşdırır.
İngiltərədə azərbaycanlı iş adamlarının 1-ci forumu keçirilib - FOTO
FED.az xəbər verir ki, bunu Böyük Britaniyanın ixrac üzrə naziri Lord Offord bu gün Bakıda keçirilən Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında bildirib.
Onun sözlərinə görə, ölkəsi Azərbaycanın müstəqillik tarixində ən böyük investor olub: “Bu günə qədər Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 83 milyard ABŞ dolları sərmayə yatırıb".
Britaniyalı nazir həmçinin deyib ki, texnologiya və kibertəhlükəsizlik sahəsində Azərbaycanla əlaqələri genişləndirmək istəyirlər: "Bizim texnologiya şirlətləri bu il Bakıda keçirilmiş astronavtika və innovasiya sammitlərində iştirak edib. Fevralda isə Bakıda kibertəhlükəsizlik sammiti keçirməyi və bütün startapları, həmçinin texnologiya şirkətlərini ora toplamağı düşünürük”. (Report)