İstanbul Fond Birjası ("Borsa İstanbul") qısa müddətli ehtiyacı istisna olmaqla qalan valyuta aktivlərinin hamısını bü gündən türk lirəsinə çevirib.
FED.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Birja bunu milli valyutaya etimad və dəstəyin nümayişi kimi təqdim edib.
Xatırladaq ki, bu gün qlobal maliyyə bazarlarında TRY/USD nisbəti 4,8203-ə çataraq tarixi rekordunu yeniləyib. Bu həftənin əvvəlində Türkiyədə ABŞ dolları qarşısında məzənnəsi 4,5 lirə təşkil edib. Ötən günün sonunda isə məzənnə 4,8 lirəyə yüksəlib.