Mayın 15-də, saat 17:00-da “Effektinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin ümumi yığıncağı keçiriləcək.
Bu barədə FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, yığıncağın gündəliyinə təsisçilərdən birinin – Ruslan Zeyqəm oğlu Hüseynovun payını geri götürməsi məsələsi daxildir.
Xatırladaq ki, bu ilin əvvəlində “Effektinvest”in daha bir təsisçisi – Fuad Abduriza oğlu Məmmədov payını geri götürüb. Son nəticədə BOKT-un nizamnamə kapitalı 200 min manat və yaxud 17,7% azalaraq 930 min manata düşüb.