Dünya Bankından fərqli olaraq Beynəlxalq Valyuta Fondu (IMF) konkret layihələr üçün kredit vermir.
Mərkəzi Bankın nəzarət etdiyi subyektlər taksonomiyanın əsas istifadəçiləri olacaqlar
FED.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) baş direktorunun müavini Bo Li COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, IMF islahatları dəstəkləmək üçün birbaşa dövlət büdcəsinə kredit verməklə büdcəni maliyyələşdirir: "Buna "yaşıl büdcələşdirmə" də daxildir. Bundan əlavə, maliyyə sektorunda "yaşıl taksonomiya"nın inkişafını dəstəkləyirik və maliyyə sektorunda iqlim məlumatlarının və iqlim hesabatlarının inkişafını təşviq edirik. Həmçinin iqlim fəaliyyətini təşviq etmək üçün institusional islahatları dəstəkləyirik".
Baş direktorun müavini qeyd edib ki, bütün bu islahatlar, özəl sektorun bu ölkələrə sərmayə qoyması üçün əlverişli şərait yaradır.
Xatırladaq ki, bu günlərdə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "yaşıl taksonomiya" təsdiq edilib. Əsasən maliyyə institutlarının istifadəsi üçün nəzərdə tutulan "yaşıl taksonomiya"nın özəl sektorda biznes fəaliyyətlərinin taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərə uyğunluğunun təmin edilməsi, yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanması, müvafiq məlumatların ictimaiyyətə açıqlanması, yaşıl investisiyaların cəlb edilməsi və digər oxşar istiqamətlər üzrə istifadəsi mümkündür. (Report)