2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) çərçivəsində Azərbaycan üçün ayrılmış büdcəsi artırılacaq.
BMT Azərbaycanda “Ağıllı Kənd” konsepsiyasının həyata keçirilməsinə - DƏSTƏK GÖSTƏRƏCƏK
FED.az xəbər verir ki, bu barədə UNDP-nin Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandra Rokkasalvo "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.
"2024-cü ildə Azərbaycan üçün ayrılmış büdcəni 37 milyon ABŞ dollarına çatdırmaq niyyətindəyik. Prioritetlərimiz iqtisadi iştirakı genişləndirən əlverişli şəraitin yaradılmasından ibarətdir", - o deyib. (Trend)