Rusiyanın dollarda buraxılan 2 istiqrazı üzrə üzrə etdiyi ödənişlər investorlara çatıb. Bununla da ölkə defoltdan yaza qurtara bilib.
Eləcə də bax: Rusiya Bankı: Ölkəni - DEFOLT GÖZLƏMİR
FED.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Agentlik bildirir ki, 650 milyon dollarlıq ödəniş çoxsaylı sanksiyaların içərisində itib-batıb, amma sonda vaxtın bitməsinə 11 saat qalmış vəsaitlər ünvanına çatıb.
İri beynəlxalq klirinq şirkətləri 2022 və 2042-ci il tarixli avro istiqrazlar üzrə ödənişləri alıb emal edərək göndəriblər.
Bununla yanaşı, agentliyin fikrincə, qarşıda Rusiya yenidən eyni vəziyyətlə üzləşə bilər və defolt təhlükəsi hələ aradan qalxmayıb. Qarşıdakı bir neçə həftə ərzində Rusiya daha ciddi problemlərlə üzləşə bilər. Belə ki, mayın 25-də Rusiya Mərkəzi Bankına verilən lisenziyanın müddəti başa çatır. Bu lisenziya Rusiya Bankından, Milli Rifah Fondundan və Maliyyə nazirliyindən ödənişlər almağa imkan verirdi.