Zimbabve dolları son bir ayda ABŞ dolları qarşısında möhkəmlənən valyutalar arasında lider olub.
"Türkiyədə məzənnənin sabitliyi Azərbaycan üçün də vacibdir" - EKSPERT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” bildirib.
Agentliyin məlumatına görə, iyunun ortalarından etibarən Afrika ölkəsinin valyutası ABŞ dollarına nisbətdə birdən-birə 41.8% bahalaşıb. Sonrakı yerdə Syerra-Leonenin valyutası gəlir – o, 13.3% artıb, üçüncü yerdə isə 9.5% möhkəmlənən alban leki qərarlaşıb.
Düzdür, Zimbabve valyutası ilin əvvəlində başlayan zəifləmə səbəbindən lider olub. Bir qədər sonra məzənnə bir ABŞ dolları üçün 10 minə düşüb. Nəticədə inflyasiya 175%-ə qədər sürətlənib, buna görə də hakimiyyət vergi qanunvericiliyinə dəyişiklik etməyə və valyuta bazarını liberallaşdırmağa məcbur olub.