Dünya birjalarında dolların hegemoniyası sarsılıb, dünya liderləri onu dünyanın üstün valyutası kimi görmək istəmirlər. FED.az xəbər verir ki, bu barədə «Bloomberg» agentliyi yazıb.
Agentlik bildirir ki, hələlik dollara dünyada tələbat olduğuna görə, ABŞ da dünya bazarlarında liderliyini qoruyub saxlayır. Amma dolları tələbatın necə qorunub saxlanması sualı hələ də qalır. Analitiklər bildirir ki, bunun üçün ABŞ diplomatik əlaqələri kəsməməli, ABŞ-ın partnyrları üçün dolların əlçatanlığının qorunub saxlanması və ən əsası, dollardan cəza aləti kimi istifadə etməyə son qoyulmalıdır.
Agentlik bildirir ki, dünya dövlətləri tədricən dollardan imtina etməyə başlayıblar. Belə ki, Rusiya dolarda olan aktivlərini azaldır, Çin isə enerji bazarındakı müqavilələri yuanla bağlamağa başlayıb. Fransanın maliyyə naziri Bruno Le Mer isə bəymn edib ki, ABŞ-dan tamamilə azad olan maliyə alətləri görmək istəyir və Avropa İttifaqı ABŞ-ın vassalı olmamalıdır.