ABŞ dövlət katibi Entoni Blinken sanksiyalara məruz qalan rusiyalı iş adamlarından müsadirə edilən aktivlərin ukraynalı veteranlara dəstək üçün istifadə olunacağını bildirib.
Aİ Rusiya Mərkəzi Bankının 200 mlrd. avro dəyərində - AKTİVLƏRİNİ DONDURUB
FED.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
“Biz ilk dəfədir ki, Ukraynaya sanksiyaya məruz qalan rus oliqarxlarından müsadirə edilmiş aktivləri göndəririk və bu aktivlərdən ukraynalı veteranların dəstəklənməsi üçün istifadə olunacaq”, - o deyib.
Dövlət Departamentinin yaydığı bəyanatda qeyd edildiyi kimi, söhbət 5,4 milyon dollar məbləğində vəsaitdən gedir.
Blinken daha əvvəl Vaşinqtonun Kiyevə 1 milyard dollardan çox əlavə yardım edəcəyini açıqlayıb. (Apa)