Azərbaycan bankları öz hesabatlarını təhrif edirlər və nəticədə banklar barədə real vəziyyəti bilməyən biznes bundan əziyyət çəkir.
Eləcə də bax: Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdan banklarla bağlı açıqlamalar - CANLI YAYIM
FED.az xəbər verir ki, AMB rəhbəri Elman Rüstəmov bildirib ki, ölkədə fəaliyyət göstərən banklar öz maliyyə vəziyyətləri barədə hesabatlarını təhrif edirlər. Hətta xarici təşkilatlar da bəzən buna yol verirlər. Biz bununla bağlı ciddi tədbirlərə başlayacağıq.
Bütün banklar öz real vəziyyəti ilə bağlı göstəriciləri açıqlamalıdırar ki, istifadəçilərin real vəziyyətlə bağlı situasiyadan xəbəri olsun. «Biznesin bununla bağlı iradları doğrudur»-deyə baş bankir bildirib.