Mərkəzi Bankda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun iclası keçirilib.
"Hazırda hansısa BOKT-un kapital artımında problem yaşadığını demək tez olar"
FED.az xəbər verir ki, Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı təsdiq edilmiş 2024-cü il üzrə Yol xəritəsi və işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı çərçivəsində il ərzində görülmüş işlər barədə məlumat verib.
İclas çərçivəsində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun yeni rəhbəri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədr müavini Toğrul Əliyev təqdim edilib.
İclasda, həmçinin 2025-ci il üzə Fəaliyyət Planının və “Maliyyə xidmətləri” indikatoru ilə bağlı bu il üzrə Yol xəritəsinin layihələri, habelə “Bussiness Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru üzrə cavablandırılmış sorğunun nəticələri üzrə müzakirələr aparılıb.