Azərbaycanda yavnar-fevral ayında biznes kreditlərinin artım sürəti istehlak kreditlərinin artım sürətini üstələyib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezilenti Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, dövlət başçısının çağırışından və tapşırılarından sonra AMB, Azərbaycan banklarvı və iş adamlarını iştirakı ilə Sahibkarlar Şurası yaradılıb, iş adamlarına dəstək üçün tədbirlər hazırlanıb və həyata keçirilməyə başlanılıb: «Sahibkarları narahat edən ilk məsələlər şəllini tapdı, bunlar valyuta rejimi və kredit imkanlarını artırmaqla bağlı idi».
ABA rəhbəri bildirib ki, banklar da prezidentin çağırışlarına cavab veriblər və ilk iki ayın nəticələri göstərdi ki, bankların ayırdığı biznes kreditlərinin həcmi istehlak kreditlərini üstələdi. Başqa sözlə, bu müddətdə banklar istehlakdan daha çox kreditləri veriblər.