Mərkəzi Bank bankların kredit portfelinin strukturu barədə məlumatları açıqlayıb.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər - Artıb
FED.az xəbər verir ki, 2021-ci ilin yanvar ayı ilə müqayisədə fevral ayında cəmi biznes kreditləri 74 milyon manat artaraq 8 milyard 530,7 milyon manata çatıb, istehlak kreditləri isə 68,6 milyon manat azalaraq 3 milyard 634 milyon manata geriləyib.
Cəmi ipoteka kreditləri isə 26,9 milyon manat artaraq 2 milyard 81.4 milyon manata yüksəlib.
28 Fevral 2021-ci il tarixində bankların cəmi kredit portfeli 14 milyard 246,1 milyon manat təşkil edib. (Marja)