Xarici turistlər 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bank kartları ilə 190 mln. 927,699 min manatlıq əməliyyat aparıblar. FED.az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 20% çoxdur.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu ilin yanvar ayında xarici turistlər bank kartları ilə 99 mln. 798,809 min manatlıq, fevralda 91 mln. 128,89 min manatlıq əməliyyat həyata keçiriblər: "Yanvar-fevral aylarında turistlərin kartlar vasitəsilə ümumi xərcləri 190 mln. 927,699 min manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 20% çoxdur".
Xatırladaq ki, 2017-ci ildə turistlər Azərbaycanda kartlar vasitəsilə 1 mlrd. 22 mln. 36,752 min manat xərcləmişdilər.
Nazirliyin məlumatına görə, Azərbaycan vətəndaşları yanvar-fevral aylarında xaricdə bank kartları ilə 179 mln. 521,339 min manatlıq əməliyyat həyata keçiriblər.