“Biz milli valyutada hesablaşamalar mexanizminin yaradılması üçün uzun müddətdir Türkiyə Mərkəzi Bankı ilə danışıqlar aparırıq”.
Eləcə də bax: "Türkiyə Mərkəzi Bankı ilə svop razılaşmasına dair danışıq aparmırıq"
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
“Burada bir sıra texniki problemlər var və bu texniki problemləri aradan qaldırmağa çalışırıq”, - E.Rüstəmov əlavə edib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Türkiyə Mərkəzi Bankı Azərbaycan Mərkəzi Bankı ilə ikitərəfli valyuta svop (swap) sazişi imzalamağa hazırlaşır. Məlumata görə, son mərhələdə olduğu bildirilən müqavilənin bir milyard avro həcmində olacağı gözlənilir. (Marja)