Dünyanın əsas kriptovalyutası olan bitkoin son günlər sürətlə bahalaşıb.
FED.az xəbər verir ki, bitkoinin qiyməti 2018-ci ilin yanvarından bəri ən yüksək həddə qalxıb, analitiklər qiymətlərin 20 min dollara çatacağını gözləyirlər.
ABŞ seçkilərindəki qeyri-müəyyənlik və pandeymiya ilə bağlı narahatlıqlar nəticəsində bitkoinin qiyməti 9,2% artaraq 2018-ci ilin yanvarından bəri ən yüksək həddə – 15,3 min dollara çatıb.
Araşdırma göstərir ki, bitkoin son sutka ərzində 7%, son 7 gündə 12%, son 2 ay ərzində isə 52,4% bahalaşıb. Belə ki, sentyabrın 7-də bitkoinin qiyməti 9945 dollar idi.
«Fundstrat Global Advisors LLC» şirkətinin strateqi Rob Sluymer bildirib ki, 2019-cu ilin iyununda 13800 dolları görən bitkoinın növbəti hədəfi 20 min dollar olacaq.