Kriptovalyuta bazarında ucuzlaşma səngiyib. Hətta ötən bir gündə bitkoin 0,94% bahalaşıb.
FED.az xəbər verir ki, hazırda bitkoin 6 863 dollara ticarət edilir. «Ethereum»un qiyməti isə ucuzlaşmaqda davam edir, bir gün 0,27% düşərək 532 dollara satılır. Bu kriptovalytanın ümumi bazar $53,2 milyard dollara düşüb. «Ripple»nin qiyməti də 0,02% bahalaşaraq 59 sentə satılır. «Bitcoin Cash»ın qiyməti isə 0,75% ucuzlaşıb və hazırda 947 dollara ticarət edilir.
Qeyd edək ki, bitkoinin və digər kriptovalyutaların ucuzlaşmasının səbəbi ABŞ-ın tənzimləyici qurumlarının bitkoinlə bağlı bəyanatlarıdır. Bu həftə The Wall Street Journal xəbər verib ki, ABŞ-ın sürətli birja ticarəti komissiyası olan CFTC, kriptovalyuta birjaları olan Coinbase, Kraken, Bitstamp və itBit-dən tələb edib ki, bitkoinlərlə fyuçers əməliyyatlarına icazə veriləndən sonra aparılan əməliyyatlar haqqında hesabat versinlər. Ekspertlər hesab edir ki, bu tələb bazara mənfi təsir edib.
Bitkoin bazarında dəyişiklik "0"dır

09:23
12 İyun 2018