Dünyanın ən məşhur kriptovalyutası bitkoini qiyməti 2017-ci ilin noyabr ayından ilk dəfə 6 min dollardan aşağı düşüb. Bu barədə FED.az hərracların nəticələrinə əsasən xəbər verir.
20 birja üzrə orta qiyməti hesablayan "CoinMarketCap" portalının məlumatına əsasən kriptovalyuta 9,52% ucuzlaşıb və 6090 dollar təşkil edir.
Kriptovalyutaların həcminə görə ən böyük "Binance" birjasında bitkoin 11,12% ucuzlaşıb və 5970 dollar səviyyəsindədir.
Beləliklə, noyabrın 13-dən ilk dəfə olaraq bitkoinin qiyməti 6 min dollar səviyyəsindən aşağı düşüb.
Ümumiyyətlə, ötən gün kriptovalyuta bazarında kəskin enmə yaşanıb. İlk 100 kriptovalyutanın 97-də qiymətlər azalıb. 66 kriptovalyutanın qiyməti 10-20% aşağı düşüb. Əsas kriptovalyutalardan «Ethereum» 9,7% azalaraq 462 dollar təşkil edib. «Ripple» isə 8,1% ucuzlaşaraq 48 sentə düşüb.
Cəmi 3 kriptovalyutada artım müşahidə edilib. Ən böyük artım «Game.com»da müşahidə edilib – 12,5% bahalaşaraq 16 sentə çatıb.
«Docademic» 4,4% bahalaşaraq 31 sentə, «Tether» isə 0,5% bahalaşaraq 1,01 dollara çatıb.