Harvard Universitetinin iqtisadçısı Kennez Rodoff növbəti 10 ildə bitkoinin dəyərinin 100 dollara düşəcəyini açıqlayıb.
Rodoff kriptovalyutanın 100 dollar təşkil edəcəyi ehtimalının 100 min dollara yüksələcəyindən daha real olduğunu deyib:
“Bitkoin çirkli pulların yuyulması və vegidən yaynma istisna olmaqla, ödəniş vasitəsi kimi çox az istifadə edilir”.
Ekspertlər hökumətin tənzimləmə siyasətlərinin qiymətlərin azalmasında rol oynayacağını bildirirlər. Lakin onlar qlobal miqyasda tənzimləməyə hazır olmaq üçün vaxt tələb edildiyini irəli sürürlər.
Rodoff qlobal tədbirlərə ehtiyac olduğunu vurğulayıb:
“ABŞ və Çin bu məsələyə qarşı tədbirlər görür”.