Bitcoin almaq və satmaq indi hamını düşündürür.
İqtisadçı Emil Əlisoy “Facebook” sosial şəbəkəsindəki səhifəsində bu barədə yazıb.
ELƏCƏ DƏ BAX: Maliyyə Nazirliyinin istiqrazları satıldı - HƏRRAC YEKUNU
İqtisadçı qeyd edib ki, son bir neçə il ərzində bitcoinin qiymətinin 1000 dollardan 20000 dollara kimi yÜksəlməsi hər kəsin marağına səbəb olmuşdu və hazırda da bitcoin almaq və satmaq barədə hamı düşünür:
“Bitcoini daha ucuz tanıdığınız insanlardan almaq məsləhətdir. Əgər tanıdığınız belə insan yoxdursa, bitcoin almaq üçün bir neçə məşhur sayt var.
Bitcoini ən tez və sürətli “Visa Master” kartı ilə “cex.io” saytı vasitəsi ilə almaq mümkündür. Bu halda minimum 18% -24% faiz əlavə vergi nəzərdə tutulur. Ucuz bitcoin almaq üçün digər yol “Yobit” saytına keçid etməkdir. “Yobit” hesabına pul qoymaq üçün “Advcash.com” və ya “Payeer.com” saytlarında özűnűzə cüzdan (Wallet) açıb, pulu burdan “Yobit” saytına köçürməlisiniz.
Dünya kriptovalyuta birjalarında 1600-dən çox coin (koin) mübadilə edilir. Bu kriptovalyutaların bazar kapitallaşması, hər bir vahidi üzrə qiyməti və sayı barədə məlumat almaq mümkündür. Bitcoin , Etherium, Litcoin və digər kripto valyutaların qiymətlərini öyrənmək üçün “Coinmarketcap.com” saytına baxmaq lazımdır.
Amma yaddan cıxarmayın ki, kriptovalyutalar çox riskli maliyyə vasitələridir və hər zaman qiyməti azala, yaxud arta bilər”.
Bitcoini ucuz necə almaq olar? - MƏSLƏHƏT
19:17
18 Dek 2018