Kriptovalyuta bazarında qiymətlər düşüb.
FED.az xəbər verir ki, son bir sutka ərzində Bitcoinin qiyməti 1,37 % azalaraq 6261 dollara, Ethereum 0,99 % ucuzlaşaraq 437 dollara düşüb, Bitcoin Cash isə 0,03 % bahalaşaraq 698 dollara çatıb.
Qeyd edək ki, son bir həftə ərzində Bitcoinin qiyməti 5,46 %, Ethereumun qiyməti 7,81 %, Bitcoin Cashin qiyməti isə 4,38 % azalıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri $249 368 936 707-dır.
Bitcoin ucuzlaşdı – SON QİYMƏTLƏR
09:22
13 İyul 2018