Şotlandiyanın (Böyük Britaniya) “Castle Craig Hospital” xəstəxanası kriptovalyuta sahəsində fəaliyyət göstərən treyderlər üçün müalicə kursu hazırlayıb.
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Ekspertlər hesab edirlər ki, rəqəmsal aktivlərlə ticarət insanda tədricən qumar oyunlarına bağılıq da yarada bilər.
“Castle Craig Hospital”dan verilən məlumata görə, hələ ki, kriptovalyuta "xəstə"lərinin sayı dəqiq deyil. Baxmayaraq ki, dünyada 13 mln. nəfərin kripvalyuta birjalarında ticarətlə məşğul olduğu sirr deyil.
“Castle Craig Hospital”ın terapevti Kris Bernin fikrincə, kriptovalyuta bazarındakı volatillik treyderlər üçün psixoloji gərginliklik yaradır və təhlükəlidir.