Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübündə 1,5 milyard dollar həcmində xaricdən birbaşa investisiyalar cəlb edilib.
2024-cü ilin I rübündə Azərbaycana ən çox investisiya yatıran ölkələr açıqlandı - SİYAHI, MƏBLƏĞLƏR
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ölkə iqtisadiyyatına ən çox sərmayə edən ölkələr arasında ilk üçlükdə Birləşmiş Krallıq, Türkiyə və Kipr yer alıb. Lakin bu ölkələrdən Azərbaycana yatırılan investisiyaların həcmində azalma müşahidə edilib. Başqa ölkələrə nəzər saldıqda isə sərmayələrin həcmində olan artımla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diqqət çəkir.
Zəngin neft ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübü ərzində 190 milyon 686 min dollar investisiya yatırıb.
Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə başqa sözlə 136 milyon 343 min dolları qədər çoxdur. Qeyd edək ki, 2023-ci ilin birinci rübündə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizə investisiya qoyuluşu 54 milyon 343 min dollar təşkil edib.
Bu ilin birinci rübündə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına edilən sərmayələrin həcmində də artım müşahidə edilib. Bu ilin birinci rübündə 65 milyon 787 min dollar, keçən ilin birinci rübündə isə 22 milyon 511 dollar investisiya həyata keçirilib. Bir sözlə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) edilən sərmayələrin həcmi 3 dəfə artıb.
Xatırladaq ki, ölkəmizin son iki ildə ən çox investisiya etdiyi ölkə məhz Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ).