Dövlət Neft Fondu koronavirus səbəbindən dünya bazarlarında baş verən proseslərin Fonda zərər vuracagıni açıqlayıb.
Eləcə də bax: Neft Fondu xərclərinin gəlirlərini üstələməsinin səbəbini - AÇIQLADI
FED.AZ xəbər verir ki, Dünya maliyyə bazarlarındakı dalğalanmalar ARDNF-nin portfelinə mümkün təsirini ilə bağlı fonddan bildirilib:
Təbii ki, bugün dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-nin də daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür. Bugün ARDNF-nin investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Bir daha qeyd edirik ki, beynəlxalq maliyyə bazarları dünya iqtisadiyyatının güzgüsüdür. Əgər bugün bütün dünyada insanlar daha az məhsul və xidmətlər istehlak edirlərsə, şirkətlər bunun müqabilində öz istehsal imkanlarından daha az istifadə edirlərsə, bu o deməkdir ki, onların gəlirləri azalır və nəticə etibarilə də bu onların birjada kotirovka olunan səhmlərinin qiymətinə təsir edir. Həmin səhmlər də bugün demək olar ki, bütün institusional investorların portfellərinin tərkib hissəsidir. Digər suveren fondlar kimi ARDNF-nin də investisiya portfelində bu dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaqdır və Fondun informasiya siyasətinə uyğun şəkildə ictimaiyyətə çatdırılacaqdır.