Kriptovalyuta bazarı ilə əlaqədar hazırlanan hesabatda kriptovalyuta birjalarının gündə təxminən 3 milyon dollara yaxın mənfəət qazandığı iddia olunur. FED.az xəbər verir ki, hesabata görə, əslində kriptovalyuta bazarının real gəlir qazananları birjalardır.
2009-cu ildə başlayan və olduqca yeni olan bu bazarda birjaların əldə etdiyi mənfəət olduqca çox görünür. Birjalar kriptovalyuta alqı-satqısı və pul çəkmələrindən komisyon haqqı tutmaqla gəlir əldə edirlər.
Kriptovalyuta bazarının real gəlir qazananları Asiyada yerləşən birjalardır
Asiyada yerləşən kriptovalyuta birjaları ən mənfəətli birjalar hesab olunur. Tokiodakı “Binance” və Honq-Konqdakı “OKEx” gündə 1.7 milyard dollardan artıq əməliyyat həcminə malikdir. “Huobi”, “Bitfinex”, “Upbit” və “Bithumb” da yüksək gəlirləri ilə görünür.
Bütün dünyadakı günlük kripto ticarətinin 50%-dən çoxu Asiyada yerləşən birjalarda baş tutur. Asiya birjalarının ən çox gəlir qazanmasının bir neçə səbəbi var. Bunlardan birincisi, enerji xərclərinin aşağı olmasıdır. Bu, mədənçiliyin digər ölkələrlə müqayisədə ucuz olduğu anlamına gəlir. İkincisi, mobil ödənişlərə əsaslanan yaxşı iqtisadiyyata malik olmalarıdır. Digər səbəb isə tokenləri daha qəbuledilən formaya salan böyük bir oyun mədəniyyətinə sahib olmalarıdır.
Hər yerdə olduğu kimi yeni birjalar bazara damğasını vurur. Ən yaxşı performasn göstərənlər isə bazarda saxlanılır. Bu durum onların daha da inkişafına təkan verir.
Məsələn, ABŞ-da yerləşən kriptovalyuta birjası “Robinhood” sıfır ödəniş haqqı təklif edərək ən yaxşı birja olmağı hədəfləyir. Amma “Binance” kimi birjalarda mərkəzsizlik, real valyutanın birjaya köçürülməsi və təşviqedici investisiyalar onları daha ön plana çəkir.
Yüksək dəyişkənliyin 2018-ci ildə kripto ticarət həcminə necə təsir edəcəyini demək hələ çox tezdir. Ancaq uğur qazanan, böyük birjaların öz mövqelərini qoruyacağı gözlənilir.
bizplus.az