2021-ci ilin birinci rübündə Hesablama Palatasının saxlanması xərcləri 1 milyon 693,413 min manat təşkil edib.
Eləcə də bax: Hesablama Palatası: Ölkəyə gətirilən qızılın həcmi - 3 DƏFƏ AZ GÖSTƏRİLİR
FED.az xəbər verir ki, bu barədə Palatadan məlumat verilib.
2021-ci il üçün Hesablama Palatasının saxlanması məqsədilə xərclər smetası 9 milyon 151,969 min manat səviyyəsində təsdiqlənib. Beləliklə, hesabat dövründə vəsaitlərin 18,5%-i istifadə olunub.
Yanvar-mart aylarında vəsaitlərin əsas həcmi Hesablama Palatasının ştatda olan işçilərinin əmək haqlarının ödənilməsinə yönəldilib. Bu məbləğ 1,132 milyon manat və ya birinci rüb ərzində Palatanın bütün xərclərinin 66,9%-ni təşkil edib.
Bundan başqa, hesabat dövründə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 280,814 min manat, əmək haqqının ödənilməsi ilə bağlı xərclər 128,85 min manat, ölkədaxili ezamiyyə xərcləri 1,168 min manat təşkil edib.
Qalan xərclər digər məqsədlərə yönəldilib.(İnterfaks)