2022-ci ilin yanvar-mart aylarında fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $239,971 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,9% çoxdur.
Eləcə də bax: Azərbaycandan I rübdə 1 milyard dollardan çox kapital - ÇIXARILIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $99,703 milyon (azalma 16,9%) və ya fiziki şəxslərin bütün köçürmələrinin 41,5%-i (2021-ci ilin yanvar-mart aylarında xüsusi çəki 52,9%) Rusiyadan həyata keçirilib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($23,418 milyon, artım 17,8%), ABŞ ($32,876 milyon, artım 2,8 dəfə), Almaniya ($12,144 milyon, artım 2,4 dəfə) və Qazaxıstan da ($7,886 milyon, azalma 1,5%) daxildir.
AMB-nin məlumatına görə, hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 24,3% artaraq $151,548 milyona çatıb.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($40,931 milyon, artım 22,1%) tutur. 2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan bütün köçürmələrin 27%-i (2021-ci ilin yanvar-mart aylarında 27,5%) Türkiyənin payına düşüb.
Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələri $20,683 milyon (azalma 20,3%), xüsusi çəki 13,6% (bir il əvvəl 21,3%) təşkil edib.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin TOP-5-nə Gürcüstan ($15,729 milyon, azalma 5,9%), ABŞ ($14,918 milyon, artım 58,6%) və Böyük Britaniya ($12,766 milyon, artım 2,5 dəfə) daxildir.
2021-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 133,391 milyon (2020-ci illə müqayisədə artım 3,6%, Azərbaycandan köçürmələrin həcmi $661,512 milyon (artım 18,9%) təşkil edib. (İnterfaks)