Bununla bağlı Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunur ki, yeni ödəniş sistemi real vaxt rejimində fasiləsiz olaraq həm vətəndaşlara, həm də sahibkarlara geniş ödəniş imkanları yaradır.
Eləcə də bax: Bankların ödəniş sistemlərinə qoşulması və kənarlaşdırılması proseduru - MÜƏYYƏNLƏŞDİ
FED.az xəbər verir ki, əməliyyatların təhlükəsizliyi xüsusi sistem vasitəsilə tam təmin edilir.
Millət vəkili Vüqar Bayramov bildirir ki, ani ödəniş sistemi fiziki, eləcə də hüquqi şəxslərin işini xeyli asanlaşdıracaq.
Yeni qaydalarda sistemə daxil olmaq və sistemdən çıxarılmaq mexanizmləri da müəyyənləşib.
Qeyd edək ki, ani ödəniş sistemi ölkədə nağdsız ödənişlərin fasiləsizliyinin təmin edilməsinə hesablanıb. Bu sistem həm özəl, həm də dövlət sektorunda bir sıra ödənişlərin şəffaf, eləcə də bir neçə saniyə ərzində icra edilməsinə, nəticədə isə iqtisadiyyatda çevikliyin təmin edilməsinə geniş imkanlar yaradır.