Azərbaycanın paytaxtında daha bir yeni lizinq şirkəti yaradılıb.
Eləcə də bax: Tanınmış maliyyəçi yeni lizinq şirkəti - Yaradıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, “NM Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkət 6 aprel 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 20 manat olmaqla, Bakı şəhəri Nərimanov rayonu, Qarabağ, ev 8, m. 91 ünvanında dövlət qeydiyyatına alınıb.
“NM Lizinq” MMC-nin qanuni təmsilçisi Zahid Heydərov Vəli oğludur.
Qeyd edək ki, 1 aprel 2021-ci il tarixdə də yeni lizinq şirkəti bu şirkətlə eyni, yəni Bakı şəhəri Nərimanov rayonu, Qarabağ, ev 8, m. 191 “GM Lizinq” adlı şirkət yaradılmışdı.