Azərbaycanda yeni yaradılan investisiya şirkəti ləğv edilir.
Türkiyə şirkətinin Azərbaycandakı nümayəndəliyi - LƏĞV EDİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “NovoCapital İnvestisiya Şirkəti” QSC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov 15 küçəsi, ev A, mənzil 1 ünvanına bildirə bilərlər.
Şirkət Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 103, m. 20 hüquqi ünvanında 300 min manat nizamnamə kapitalı ilə 11 may 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
“NovoCapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Həmdulla Əzizov Natiq oğludur.