Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104010779 ISIN-li, 30 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən FED.az-a verilən məlumata görə, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 91,7846 AZN (9%) və 93,6656 AZN (6,8%) olan 18 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,1450 AZN (7,4%), orta ölçülmüş qiyməti 93,1736 AZN (7,3669%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101 699 400 manat yerləşdirilmiş həcmi isə 45 mln. manat təşkil edib.
Hərrac iştirakçıları 30 sentyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.