Azərbaycanda fəaliyyət göstərən bəzi ödəniş sistemlərinin terminalları ilk dövrlərdə yeni buraxılan manatlıqları qəbul etməyəcək.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yeni əskinaslarla bağlı açıqlamasında bildirilir.
«Koronavirusla bağlı mövcud pandemiya vəziyyəti ilə əlaqədar hazırda tətbiq olunan məhdudiyyətlər səbəbindən bir sıra qeyri-bank ödəniş təşkilatları (Modenis MMC - “eManat“, Komtec Ltd. - “MilliÖN”, Expressbank ASC - “Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinin yekunlaşmadığını və bu proseslərin davam etdiyini bildirmişlər.
Bununla əlaqədar əhalinin diqqətinə çatdırılır ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasınadək belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur»-deyə AMB bildirib.