“Azərbaycanda bəzi bankların maliyyə vəziyyətinin pisləşməsi əlaqəli bizneslərlə bağlıdır”.
Eləcə də bax: "Hazırda problemli bank var?" sualına - RƏSMİ CAVAB VERİLDİ
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
Baş bankinin sözlərinə görə, bəzi ekspertlər və hüquqşunaslar insanları çaşdırır: "Morotorium elan edilməsi ilə bağlı qərarı tənzimləyici qurum deyil, məhkəmə verir. Məhkəmə də həmin qərarı Azərbaycan qanunvericiliyinə uyğun qəbul edir. Bundan kənara çıxıla bilməz və çıxılmır. Jurnalistlərin istinad etdiyi bəzi ekspertlər və hüquqşünaslar insanları çaşdırır".