Təxminən 30 il sonra Beynəlxalq Valyuta Fondunun (BVF) Bakı ofisini bağlamaq barədə qərarımız Azərbaycan iqtisadiyyatının yüksək göstəriciləri və ölkədə böyük həcmdə maliyyə ehtiyatlarının mövcud olması ilə bağlıdır.
"BVF iyunun sonunda Bakı ofisini bağlayacaq"
FED.az xəbər verir ki, bu barədə BVF-in Bakı ofisindən bildiriblər.
"BVF yaxın gələcəkdə Azərbaycanla hər hansı kredit sazişin imzalanmasını proqnozlaşdırmır ki, adətən ölkədə ofisin saxlanılma səbəbi bu olur. Üstəlik, BVF-in Azərbaycanla sıx qarşılıqlı fəaliyyəti o cümlədən iqtisadi və maliyyə siyasətini müzakirə etmək və sorğu əsasında texniki dəstək göstərmək məqsədilə mütəmadi səfərlər vasitəsilə davam edəcək", - deyə maliyyə institutundan bildiriblər. (Trend)