“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini təsdiqləyib və ölkəmiz üzrə proqnozlarını açıqlayıb.
Rubl və lirə dəyərsizləşdi, manatı nə gözləyir? – AÇIQLAMA
FED.az xəbər verir ki, kredit reytinqi agentliyi ABŞ dolları/Azərbaycan manatı məzənnəsi üzrə də proqnozunu açıqlayıb. Proqnoza görə, 2026-cı ildək məzənnə 1.70 səviyyəsində qalacaqdır.
"Biz güman edirik ki, ABŞ Dolları/Azərbaycan manatı məzənnəsi 1,70 səviyyəsində sabit saxlanılacaq. Bu, rəsmi orqanların xarici valyuta bazarına müntəzəm müdaxilələri ilə dəstəklənir. Buna baxmayaraq, bizim fikrimizcə, karbohidrogen (neft və qaz) qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, Azərbaycan rəsmiləri məzənnəyə düzəlişlər etməyi düşünə bilər. Bu, Mərkəzi Bankın 2015-ci ildəki tədbirləri kimi xarici valyuta buferlərinin əhəmiyyətli dərəcədə itkisinin qarşısını almağa kömək edəcək",- “S&P Global Ratings” bildirib.
Qeyd edək ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini sabit proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib. (Marja)