İvana Fernandes Duarteni Dünya Bankı Qrupunun üzvü olan IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) Cənubi Qafqaz üzrə yeni Regional meneceri vəzifəsinə təyin edilib. O, İFC-nin Tbilisi ofisindən Ermənistan, Azərbaycan və Gürcüstanda əməliyyatları idarə edəcək.
İvana Fernandes Duarte, IFC-nin Qərbi Avropa ölkələri üzrə menecer vəzifəsinə təyin olunmuş Yan van Bilsen və son bir neçə ayda Regional menecer vəzifəsini icra edən İFC-nın Avropa və Mərkəzi Asiya Əməliyyatları üzrə rəhbəri Cesper Kyaerin əvəzləyib.
Slovakiyalı Fernandes Duarte IFC-ə beynəlxalq maliyyə sahəsində 20 ildən çox təcrübəsi ilə qatılır. O, Avropa Yenidənqurma və İnkişaf Bankında və Citigroup-da müxtəlif vəzifələrdə çalışmışdır.
Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) inkişafda olan iqtisadiyyatlarda fəaliyyətini özəl sektora fokuslayan ən iri inkişaf təşkilatıdır. İFC i 100-dən çox ölkədə fəaliyyət göstərir. 2020 maliyyə ilində inkişaf etməkdə olan ölkələrdəki özəl şirkətlərə və maliyyə qurumlarına 22 milyard dollar sərmayə yatırmış, kəskin yoxsulluğu aradan qaldırmaq və daha geniş firavanlığı artırmaq üçün özəl sektorun gücündən istifadə edib.