Beynəlxalq kredit reytinq agentliyi S&P Türkiyənin kredit reytinqini "B"dən "B+"a yüksəldib və reytinq proqnozunu "müsbət" olaraq saxlayıb.
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini - ARTIRA BİLƏR
FED.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi, Türkiyədə yerli seçkilərdən sonra xarici tarazlığın təsiri ilə pul, maliyyə və gəlir siyasətləri arasındakı koordinasiyanın yaxşılaşacağını, daxilolmaların artacağını, cari əməliyyatlar kəsirinin düşəcəyini və yaxın 2 ildə inflyasiyanın və dollarlaşmanın azalmasını proqnozlaşdırır.
Açıqlamada, cari əməliyyatlar kəsirinin azaldığı və dollarlaşmanın tərsinə döndüyü bir mühitdə siyasətçilər inflyasiyanı azaltsalar və lirəyə inamı bərpa edə bilsələr, Türkiyənin kredit reytinqinin daha da yüksəldilə biləcəyi qeyd olunub.
Ölkə iqtisadiyyatı ilə bağlı proqnozların da yer aldığı açıqlamada Türkiyə iqtisadiyyatının bu il və gələn il 3 faiz böyüməsinin gözlənildiyi bildirilib.
Açıqlamada bildirilib ki, ölkədə istehlak qiymətləri artımının bu il 55,8 faiz, gələn il isə 27,3 faiz olacağı proqnozlaşdırılır.
S&P ötən ilin dekabrında Türkiyənin kredit reytinqini "B" olaraq təsdiqləsə də, reytinq proqnozunu "sabit"dən "müsbət"ə dəyişmişdi.
Digər reytinq agentliyi Moody's yanvarda proqnozu "sabit"dən "müsbət"ə dəyişib, Fitch Ratings isə mart ayında Türkiyənin kredit reytinqini artırıb. (Marja)