Azərbaycanda yeni fəaliyyətə başlayan beynəlxalq audit şəbəkəsi olan REANDA AZƏRBAYCAN şirkətinə (REANDA INTERNATIONAL NETWORK LIMITED-nın tam üzvü) etibar edən bank və sığorta şirkətlərinin sayı artmaqdadır. Belə ki, şirkət bu yaxınlarda daha bir tenderin qalibi elan edilib.
Şirkətin İdarəedici partnyoru Rahim Manafovun FED.az saytına verdiyi məlumata görə, ölkənin tanınmış sığorta şirkətlərindən olan “İpək yolu Sığorta” ASC-nin 2024-cü maliyyə ili üzrə BNHS-a uyğun maliyyə audit tenderi elan etmişdi. Həmin tenderin qalibi “REANDA AZƏRBAYCAN” seçilib.
Qeyd edək ki, “REANDA AZƏRBAYCAN” MMC Azərbaycanın audit bazarında yeni beynalxalq brend olaraq fəaliyyət göstərir və bank, maliyyə institutları, xidmət, inşaat, transport sahəsində müştəriləri portfelinə sahibdir.
“REANDA INTERNATIONAL NETWORK LIMITED” brendi dünyanın 60-dan çox ölkəsində 140 ofisi fəaliyyət göstərir. Beynəlxalq audit şirkətinin 6000-dən çox əməkdaşı, həmçinin 250 tərəfdaşı mövcuddur.