2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən bələdiyyələr 62,16 milyon manat pul xərcləyib.
Bələdiyyə gəlirləri 14.4 faiz artıb
FED.az xəbər verir ki, bələdiyyələrin xərclədiyi pulun çox hissəsi idarəetmə orqanının saxlanmasına sərf olunub.
Bu məqsədlə 39,6 milyon manat və ya bütün xərclərin 63,7 faizi ayrılıb.
Xərclərin 4,85 milyon manatı avtomobil yolları və avtomobil nəqliyyatına, 3 milyonu sosial müdafiə və sosial təminata, 2,87 milyonu kommunal təsərrüfata, 11,8 milyonu digər istiqamətlərə yönəldilib. (Sfera.az)