Hər bir bankda fövqəladə hallarda yaranan risklərin qarşısının alınması üçün və bankın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar planı tərtib olunmalıdır.
FED.az-ın məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ında əksini tapıb.
ELƏCƏ DƏ BAX: Banklar manat və dollarla krediti bu meyarlarla verəcək – YENİ QAYDA
Qaydalara əsasən fövqəladə hallar planında aşağıdakılar öz əksini tapmalıdır:
- fövqəladə halların təsnifləşdirilməsi;
- fövqəladə hallarda pozulmuş fəaliyyətin bərpa edilməsi üçün məsul şəxslərin səlahiyyətləri;
- fövqəladə hallarda müxtəlif risklərin qarşısının alınmasına yönəldilməli tədbirlər;
- fövqəladə hallarda cəlb ediləcək kapital vəsaitlərinin mənbəyi;
- fövqəladə hallarda bankın nüfuz riskindən qorunma siyasəti;
- fövqəladə hallarda bank əməliyyatlarının və fəaliyyət növlərinin əhəmiyyət dərəcəsi üzrə təsnifləşdirilməsi.
Bankın fövqəladə hallar planına ən azı ildə bir dəfə yenidən baxılır və zərurət olduqda müvafiq dəyişikliklər edilir. Fövqəladə hallar planına yenidən baxılan zaman daxili və kənar amillər üzrə müxtəlif ssenarilər test olunur və testin nəticələri plana ediləcək dəyişikliklərdə nəzərə alınır. Fövqəladə hallarda risklərin aradan qaldırılmasında iştirak edən bankın hər bir əməkdaşı fövqəladə hallar planı və ona edilmiş dəyişikliklər barədə risklərin idarə edilməsi bölməsi tərəfindən məlumatlandırılır və ildə bir dəfədən az olmayaraq müvafiq təlimlər həyata keçirilir.
Banklarla bağlı yeni qaydalar - QÜVVƏYƏ MİNDİ
20:33
14 Fev 2019